- Köhnə - Hadisə
- 30 Oktyabr 2012 05:46
- 2 229
“Sendi“ qasırğası qurbanlarının sayı 13 nəfərə çatdı

Güclü külək və yağış nəticəsində 3 milyondan artıq insan elektriksiz qalıb. ABŞ Milli Qasırğa xəbərdarlığı mərkəzinin məlumatına görə, qasırğa sahili gözlənildiyindən zəif vurub.
Eyni zamanda məlumatlara əsasən, Nyu-Yorkun Manhetten və Kvins rayonlarında metropoliten tunelləri su ilə dolub. Lakin artıq suyun səviyyəsi enməkdədir. Bir sıra sosial şəbəkələrdə qasırğanın Nyu-Yorka özü ilə köpək balıqlarını gətirdiyi yazılıb və müvafiq şəkillər əlavə olunub.
AzNews.az