Noyabrın 14-də Hollandiyanın Hasselt şəhərində 23 yaşlı azərbaycanlı Əfsanə Əliyevanın meyiti tapılıb. Noyabrın 14-də Hollandiyanın Hasselt şəhərində 23 yaşlı azərbaycanlı Əfsanə Əliyevanın meyiti tapılıb.

Azərbaycanlı qızın meyiti tapıldı - Hollandiyada

Noyabrın 14-də Hollandiyanın Hasselt şəhərində 23 yaşlı azərbaycanlı Əfsanə Əliyevanın meyiti tapılıb.


AzNews.az lent.az-a istinadən xəbər verir ki, Ə.Əliyevanın meyiti həmin gün şəhər qəbiristanlığına yaxın yerləşən parkda gəzintiyə çıxmış şəxslər tərəfindən müəyyən edilib.

Polis Ə.Əliyevanı sonuncu dəfə görən şəxslərin ifadəsini alıb. Onlar bildiriblər ki, Ə.Əliyeva həmin gün hicabda olub və uzun üst geyimi geyinibmiş və ingilis dilində danışırmış.

Araşdırma nəticəsində məlum olub ki, Ə.Əliyevanın ölümündə cinayət izi aşkarlanmayıb.

Ə.Əliyevanın ölüm xəbəri ailəsinə ötən gün verilib. Onun cənazəsi hələ Azərbaycana göndərilməyib.