Avtomobil piyadanı vuraraq öldürdü - Goranboyda

Goranboyda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


AzNews.az-ın APA-ya istinadən məlumatına görə, Bakı-Qazax magistral yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində "Opel Omega" markalı avtomobil yolu keçmək istəyən, 25-30 yaşlı naməlum kişini vurub. Piyada Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına aparılarkən yolda ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.