Bakı metropolitenində intihar hadisəsi baş verib. Bakı metropolitenində intihar hadisəsi baş verib.

Metroda intihar – Qatar gənc oğlanın üstündən keçdi (Yenilənib 3)

Bakı metropolitenində intihar hadisəsi baş verib.


AzNews.az xəbər verir ki, hadisə Əhmədli metrostansiyasında olub.

Hadisə şahidlərinin məlumatına görə, gənc oğlan özünü qatarın altına atıb. Sərnişinlər metrodan çıxarılıb, qatarların hərəkəti dayandırılıb.

***
11:45


Məlumata görə,gənc oğlanın meyiti artıq qatarın altından çıxarılıb. hadisənin baş vermə səbəbləri araşdırılır.

***
11:48


Hadisə şahidlərinin sözlərinə görə, oğlan intihar məqsədilə özünü qatarın önünə atıb. Bu zaman qatarın ön şüşəsinə çırpılıb. Daha sonra isə relslərin arasına düşüb və qatar gəncin üzərindən keçib.

***
11:56


Özünü intihar məqsədilə qatarın altına atan şəxsin kimliyi müəyyənləşib.

Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin AzNews.az-a verdiyi məlumata görə, həmin şəxs 1982-ci il təvəllüdlü Aşurov Qoşqar Etibar oğludur.

Onun intihar səbəbləri araşdırılır.

N.Paşayev bildirib ki, artıq qatarların hərəkəti bərpa olunub.