“Oğlum Rüfət Səfərovun işi ilə bağlı bir yenilik yoxdur. Bu barədə bildiklərimizi mətbuatla bölüşmüşük. O, hal-hazırda Kürdəxanıda - 1 nömrəli İstintaq Təcridxanasındır, vəkili onunla ğörüşüb, vəziyyəti normaldır, heç bir şikayəti yoxdur”. “Oğlum Rüfət Səfərovun işi ilə bağlı bir yenilik yoxdur. Bu barədə bildiklərimizi mətbuatla bölüşmüşük. O, hal-hazırda Kürdəxanıda - 1 nömrəli İstintaq Təcridxanasındır, vəkili onunla ğörüşüb, vəziyyəti normaldır, heç bir şikayəti yoxdur”.

Eldar Sabiroğlu: “İstərdim, prokuror bu suala bir aydınlıq gətirsin”

“Oğlum Rüfət Səfərovun işi ilə bağlı bir yenilik yoxdur. Bu barədə bildiklərimizi mətbuatla bölüşmüşük. O, hal-hazırda Kürdəxanıda - 1 nömrəli İstintaq Təcridxanasındır, vəkili onunla ğörüşüb, vəziyyəti normaldır, heç bir şikayəti yoxdur”.


Bu sözləri Müdafiə Nazirliyi mətbuat xidmətinin sabiq rəisi Eldar Sabiroğlu bildirib.

O, əvvəlki fikrinin üzərində dayandığını və oğlu barəsində qaldırılmış cinayət işinin qeyri-qanuni olduğunu vurğulayıb:

"Təxminən iki il əvvəlki hansısa fakta istinad edilərək, cinayət məsulyyətinə cəlb olunmuş Rüfət Səfərov 5-7 dəqiqəlik məhkəmə qərarı ilə həbsxanaya göndərilib. Nədənsə, il yarım keçəndə yada düşən bu məsələ oglum Rüfətin istefasından sonra hərəkətə gətirilib. Bunun özü göstərir ki, onun həbsi barədə korrupsiya ilə mübarizə baş idarəsinin seçmiş olduğu qərar huquqi nəticə etibari ilə ədalətli deyil. Dəlil-sübut olmadan, öyrədilmiş şəxsləri üzünə durdurmaqla aparılan istintaq əməliyyatına təəccüb edirəm".

Rüfət Səfərovun müstəntiq işlədiyi Zərdabın o qədər də böyük rayon olmadığını bildirən Eldar Sabiroğlu bildirib ki, oğlu rüşvət almış olsaydı, xəbər tez bir zamanda əhali arasında yayıla bilərdi və şübhəsiz, rayon prokuroru bundan xəbərdar olardı.

"Belədə prokuror öz səlahiyyəti çərçivəsində qərarı ləğv edərək yenidən istintaq araşdırmasına qaytarmalı idi. Göründüyü kimi, bu, baş verməyib, deməli, Rüfət qərarı düzgün qəbul etdiyindən prokuror da onu təsdiq edib. Digər yandan, belə bir sual diqqəti cəlb edir: Müstəntiqlərin prokurorsuz hər hansı bir qərarı müstəqil qəbul etmək səlahiyyətləri ümumiyyətlə mümkündürmü? Çox istərdim, hörmətli rayon prokuroru bu suala bir aydınlıq gətirsin".

E.Sabiroğlu deyib ki, sabah R.Səfərovun vəkili Bəhruz Bayramov təcridxanada onunla görüşüb vəziyyəti ilə maraqlanacaq və perespektivdə hansı addımların qanun çərçivəsində atılacağı barədə müzakirə aparacaqlar.
"Rüfətə səbr və dözüm arzulayıram. İnanıram ki, dövlət başcımız İlham Əliyev ailəmizə bu məsələdə öz köməkliyini əsirgəməyəcək",-deyə Eldar Sabiroğlu qeyd edib.

Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərov barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

R. Səfərov barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

Modern.az