Qəbələdə qaz sızması nəticəsində ev partlayıb. Qəbələdə qaz sızması nəticəsində ev partlayıb.

Qaz sızmasından partlayış oldu - 1 uşaq öldü

Qəbələdə qaz sızması nəticəsində ev partlayıb.


AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, dünən saat 21 radələrində Qəbələ rayonunun Aydınqışlaq kənd sakini Yulət Cabbarovun evində təbii qazın sızmasından yanğına keçən ani partlayış baş verib.

Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb. Y.Cabbarlının azyaşlı qızı Xədicə isə tüstüdən boğularaq ölüb.

Araşdırma aparılır.