- Köhnə - Hadisə
- 27 Yanvar 2016 13:08
- 3 381
Mingəçevirdə ev yandı - 1 nəfər öldü
Mingəçevir şəhərində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan kürsülü birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 60 kv.m sahədə yanıb.
AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğının kəşfiyyatı zamanı ev sahibinin övladı 1981-ci il təvəlüdlü Süleymanov İqbal Gəfərqulu oğlunun meyiti aşkar edilıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 10:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.