- Köhnə - Hadisə
- 28 Yanvar 2016 12:42
- 2 457
Avtomobillər toqquşdu - Sürücü öldü

Ağdaş şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, yanvarın 27-də saat 09 radələrində Ağdaş şəhərində rayon sakinləri Valeh İsmayılovun və Ziya Məcidovun idarə etdikləri "Ford" markalı avtomobillər toqquşub və nəticədə Z.Məcidov hadisə yerində ölüb.
BDYPİ tərəfindən araşdırma aparılır.