Azərbaycan futboluna daha bir itki üz verib. Azərbaycan futboluna daha bir itki üz verib.

“Neftçi” klubunun sabiq futbolçusu vəfat etdi

Azərbaycan futboluna daha bir itki üz verib.


Tanınmış veteran futbolçu Yuri Kuznetsov vəfat edib.

O, 85 yaşında dünyasını dəyişib. 1952-55 və 1960-64-cü illərdə "Neftçi"nin heyətində çıxış edən hücumçu SSRİ yığmasında 3 qol vurub. Kuznetsov 2 dəfə - 1955 və 1959-cu ildə adı SSRİ-nin ən yaxşı 33 futbolçusu siyahısına daxil olunub.

SSRİ yığmasına I liqadan çağırılan ilk futbolçu kimi tarixə düşən Kuznetsov 1955-60-cı illərdə Moskva "Dinamo"sunda çıxış edib. O, 3 dəfə SSRİ çempionu olub.

Futbolçu karyerasını bitirəndən sonra 1988-ci ildə "Neftçi"yə baş məşqçi kimi qayıdan Kuznetsovun bu fəaliyyəti uzun sürməyib.

Qeyd edək ki, 2016-cı ildə "Neftçi"nin daha bir veteranı Valeri Hacıyev də vəfat edib.

Apasport.az