Orta Asiyadan 6 medalla

Özbəkistanın Çirçik şəhərində yeniyetmələr arasında beynəlxalq turnirə yekun vurulub.

Boks Federasiyasından AzNews.az-a verilən məlumata görə, Azərbaycan milli komandası yarışda 4 qızıl və 2 gümüş medal qazanıb. 46 kq çəki dərəcəsində mübarizə aparan Rüfət Hüseynov bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Şamil İbrahimzadə də (60 kq) komanda yoldaşının uğurunu davam etdirib. O, da yarışı birinci yerdə başa vurub. 66 kq çəki dərəcəsində yarışan Hüseyn Tarverdili Vətənə qızıl medalla dönüb.

Elvin Məhərrəmov da (70 kq) Özbəkistanda bütün rəqibləri üzərində qələbə qazanıb. 2 boksçumuz – Pərviz Quliyev (52 kq) və İlkin Əlibəyli (54 kq) yalnız finalda uduzaraq, 2-ci yerlə kifayətləniblər.

Kamran Hacı

AzNews.az