Portuqaliya millisinin və “Real” klubunun ulduzu Ronaldo jurnalistə qarşı tərbiyəsizlik edib. Portuqaliya millisinin və “Real” klubunun ulduzu Ronaldo jurnalistə qarşı tərbiyəsizlik edib.

Ronaldodan kobudluq - Jurnalistin mikrofonunu gölə atdı (Video)

Portuqaliya millisinin və “Real” klubunun ulduzu Ronaldo jurnalistə qarşı tərbiyəsizlik edib.


AzNews.az-ın məlumatına görə, Ronaldo Amerika Kubokunda Argentinanı finala daşıyan Messi ilə bağlı verilən suala əsəbləşib.

Belə ki, Macarıstana qarşı keçiriləcək oyundan öncə komanda yoldaşlarıyla gəzintiyə çıxan portuqaliyalı ulduz CMTV müxbirinin ona yaxınlaşıb "Messinin ABŞ-a vurduğu qolu izlədinizmi?" sualını verməsinə əsəbiləşib. Bu zaman o mətbuat mənsubunun mikrofonunu əlindən alaraq gölə atıb.

Həmçinin iddia edilir ki, Ronaldo həmin media orqanına ona yaxınlaşıb sual verməsinə qadağa qoyub və ora açıqlama verməkdən həmişə boyun qaçırıb.

İddiaya görə, buna səbəb onların futbolçunun şəxsi həyatını tez-tez gündəmə gətirməsidir.



Aygün İlqarqızı