Futbol üzrə Argentina milli komandasının baş məşqçisi Xerardo Martino postundan istefa verib. Futbol üzrə Argentina milli komandasının baş məşqçisi Xerardo Martino postundan istefa verib.

Argentina millisinin baş məşqçisi istefa verdi

Futbol üzrə Argentina milli komandasının baş məşqçisi Xerardo Martino postundan istefa verib.


Bu, yaxın zamanda rəsmən elan ediləcək.

53 yaşlı mütəxəssis Paraqvay milisindəki və "Barselona"dakı işi ilə tanınıb. O, argentina millisinə 2014-cü ildən rəhbərlik edirdi.

Onun baş məşqçisi olduğu Argentina iyun ayında keçirilən yarışda Amerika Kubokunu qazana bilməyib. Çili ilə keçirilən final oyununun əsas vaxtı 0:0 hesabı ilə başa çatıb. Penalti zərbələrində Çili millisi 4:2 hesabı ilə qalib gəlib.

Bundan sonra "Barselona"nın hücumçusu Lionel Messi millidən getdiyini elan edib.

Modern.az