Beynəlxalq Ağır Atletika Federasiyası Pekin Yay Olimpiya Oyunlarında dopinq testi müsbət nəticə verən daha 3 idmançının adını açıqlayıb. Nəticəyə görə, Azərbaycanın daha bir ağırlıqqaldıranında dopinq aşkarlanıb. Beynəlxalq Ağır Atletika Federasiyası Pekin Yay Olimpiya Oyunlarında dopinq testi müsbət nəticə verən daha 3 idmançının adını açıqlayıb. Nəticəyə görə, Azərbaycanın daha bir ağırlıqqaldıranında dopinq aşkarlanıb.

Daha bir idmançımız yarışlardan uzaqlaşdırıldı - Qanından dopinq çıxdı

Beynəlxalq Ağır Atletika Federasiyası Pekin Yay Olimpiya Oyunlarında dopinq testi müsbət nəticə verən daha 3 idmançının adını açıqlayıb. Nəticəyə görə, Azərbaycanın daha bir ağırlıqqaldıranında dopinq aşkarlanıb.


AzNews.az xəbər verir ki, Sərdar Həsənovun analizi müsbət nəticə verib.

S.Həsənovun orqanizmində istifadəsi qadağan edilmiş dehidroxlormethiltestosteron maddəsi aşkarlanıb. Beynəlxalq Ağır Ateltika Federasiyası 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında götürülmüş analizlərin təkrar yoxlanması nəticəsində azərbaycanlı idmançının testinin müsbət çıxdığını bildirib.

Dopinqin testlərin müsbət nəticə verməsi səbəbindən, Beynəlxalq Ağır Atletika Federasiyası Sərdar Həsənovu, həmçinin Tiqran Martirosyan (Ermənistan) və Sibel Ozkanı (Türkiyə) yekun qərar verilənədək bütün yarışlardan diskvalifikasiya edib.

Cəzalar açıqlanana qədər Azərbaycan idmançısı yarışlardan diskvalifikasiya edilib.

Qeyd edək ki, Pekindəki olimiadada podiuma çıxan Sərdar (62 kq) çıxışını başa vurmayıb. O, birdən qaldırma hərəkətində 3-cü cəhdində 128 kq çəkini ram etsə də, təkanla qaldırmada sifariş etdiyi 152 kq çəkinin öhdəsindən gələ bilməyib.

Xatırladaq ki, bundan öncə dünya çempionatında dopinq-testdən keçə bilməyən atletlərdən Valentin Xristov, Elxan Əliquluzadə, Silviya Anqelova, Firudin Quliyev və İntiqam Zairov 8 il, Dadaş Dadaşbəyli 4 il müddətinə diskvalifikasiya edilib. Bundan başqa əvvəlki iki olimpiadada götürülmüş analizlərin təkrar yoxlaması nəticəsində İntiqam Zairovun Pekin-2008-də, Boyanka Kostovanın isə London-2012-də istifadəsi qadağan olunmuş preparatlar qəbul etdiyi açıqlanıb.

Aygün