- Köhnə - İdman
- 4 Dekabr 2012 16:29
- 5 289
Hövsanda Federasiya Kuboku keçiriləcək

AzNews.az-a Gənclər və İdman Nazirliyindən daxil olan məlumata görə, turnirin təşkilində əsas məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcək oxatanları müəyyənləşdirməkdir.
Gənclər və İdman Nazirliyi və Azərbaycan Kamandan Oxatma Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək yarışda Azərbaycan idmançıları ilə yanaşı İran, Gürcüstan və Rusiya oxatanları da mübarizə aparacaqlar.
Məlumata görə, dekabrın 7-də saat 10.00- da Hövsan Olimpiya Kompleksində yarışların açılış mərasimi keçiriləcək. Federasiya Kubokuna dekabrın 8-də saat 12.00-da final mərhələsi ilə yekun vurulacaq.
AzNews.az