Misirin Port-Səid şəhərində dünən baş vermiş iğtişaşlarda 30 adam həlak olub və 250 nəfər zərər çəkib. Misirin Port-Səid şəhərində dünən baş vermiş iğtişaşlarda 30 adam həlak olub və 250 nəfər zərər çəkib.

Futbolçular aksiya qurbanı oldu

Misirin Port-Səid şəhərində dünən baş vermiş iğtişaşlarda 30 adam həlak olub və 250 nəfər zərər çəkib.




Həlak olanlar içərisində iki futbolçu olub: "Əl-Marix" klubunun oyunçusu Mahmud Abdel Halim əl-Dizavi və "Əl-Məsri" klubunun keçmiş oyunçusu Tamer əl-Fəhla. Onlar "Əl-Marix"in bazasına gedən yolda öldürülüblər. Hər ikisi güllə yarasından keçinib.

Qəzetin yazdığına görə, "Əl-Marix"in bazası iğtişaşın baş verdiyi türmənin yaxınlığında olub. Yerli "Egypt Independent" qəzetinin yazdığına görə, hazırda Port-Səiddə vəziyyət normallaşıb və şəhərə qoşunlar yeridilib.

AzNews.az