Aprelin 14-də “İrəli” İctimai Birliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Gənclər kuboku” layihəsinin açılış mərasimi olub. Aprelin 14-də “İrəli” İctimai Birliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Gənclər kuboku” layihəsinin açılış mərasimi olub.

“Azərbaycan beynəlxalq idman yarışlarının təşkilində zəngin təcrübə qazanıb” - Vüsal Quliyev

Aprelin 14-də “İrəli” İctimai Birliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Gənclər kuboku” layihəsinin açılış mərasimi olub.

AzNews.az xəbər verir ki, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev bildirib ki, ölkə həyatının bütün sahələrində olduğu kimi, Azərbaycanda idmanın inkişafı da ardıcıl, bir-birini dəstəkləyən qərarlar və tədbirlər əsasında həyata keçirilir. Ölkə ərazisində gənc nəslin fiziki inkişafı üçün hər cür şərait yaradılıb və bu proses davam edir. İdmançılarımız beynəlxalq tədbirlərdə yüksək nailiyyətlər qazanır, Azərbaycanın adını dünya birinciləri sırasına yazırlar.

Bu il ölkəmizdə İslam Həmrəliyi Oyunları keçiriləcək. Bu çox əhəmiyyətli beynəlxalq tədbirdir, bütün müsəlman aləminin həmrəylik oyunlarına biz ev sahibliyi edəcəyik. Bu təkcə idman tədbiri yox, eyni zamanda ictimai-siyasi və mədəni tədbirdir. Azərbaycan bu oyunlara ev sahibliyi etməklə, öz gücünü, idman imkanlarını göstərəcək, dini dəyərlərimizə sadiqliyini nümayiş etdirəcək. Bir sözlə, Azərbaycan dünyaya İslam Həmrəyliyini nümayiş etdirəcək.

Azərbaycan İlk Avropa Oyunları kimi, İslam Həmrəyliyi Oyunlarını da yüksək səviyyədə təşkil edəcək. Çünki, Azərbaycan beynəlxalq idman yarışlarının təşkilində zəngin təcrübə qazanıb.

Çox sevindirici haldır ki, gənclər təşkilatlarımız da ölkəmizdə keçirilən beynəlxalq idman tədbirlərində fəallıq göstərir, onun təşkili prosesinə dəstək verirlər. Onlar gənc könüllülərin səfərbər olunmasında, təbliğat işində və digər fəaliyyətlərdə yaxından iştirak edirlər. “İrəli” İctimai Birliyi tərəfindən həyata keçirilən “Gənclər Kuboku” layihəsi də belə nümunəvi fəaliyyətlərdəndir