"Forbes" jurnalı 2017-ci ilin ən çox qazanan idmançılarının siyahısını dərc edib. "Forbes" jurnalı 2017-ci ilin ən çox qazanan idmançılarının siyahısını dərc edib.

Ən çox qazanan idmançının adı məlum oldu

"Forbes" jurnalı 2017-ci ilin ən çox qazanan idmançılarının siyahısını dərc edib.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, siyahının lideri Real Madrid klubunun portuqaliyalı ulduz futbolçusu Kriştiano Ronaldodur. İdmançı il ərzində 93 milyon dollar gəlir qazanıb. Bu məbləğə onun klubdan aldığı maaş, bonuslar, reklam və biznes gəlirləri daxildir.

ABŞ basketbolçusu Lebron Ceyms (86.2 milyon dollar)siyahının ikincisi, üçüncü pillədə Lionel Messi (80 milyon avro) qərarlaşıb.

İlk onluğa həmçinin tennisçi Rocer Federer, basketbolçu Kevin Dyurent, Formula 1 pilotu Luis Hemilton da adları daxildir.