İdman Araşdırmaları Mərkəzi (CIES Football Observatory) dünyanın ən bahalı futbolçularının reytinqini açıqlayıb. İdman Araşdırmaları Mərkəzi (CIES Football Observatory) dünyanın ən bahalı futbolçularının reytinqini açıqlayıb.

Ən bahalı futbolçu Ronaldo deyil, Neymar oldu

İdman Araşdırmaları Mərkəzi (CIES Football Observatory) dünyanın ən bahalı futbolçularının reytinqini açıqlayıb.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, siyahının lideri "Barselona"nın braziliyalı ulduz futbolçusu Neymardır. Onun transfer qiyməti 210,7 milyon avro həcmində dəyərləndirilir.

Siyahının ikincisi 155,1 milyon avro ilə "Tottenhem"in futbolçusu Dele Alli , üçüncüsü isə 153,6 milyonla Harri Keyndir.

Messi isə siyahının dördüncüsüdür. Onun hazırki transer qiyməti 151,7 milyondur.

Messinin rəqibi, portuqaliyalı ulduz futbolçu Ronaldo isə CIES-in reytinqinə görə 11-ci olub. Onun transfer qiyməti 112,4 milyon avrodur.