- Köhnə - İdman
- 15 İyun 2017 20:08
- 5 075
Azərbaycanlı məşqçi Türkiyə klubunda
Azərbaycanlı məşqçi Asim İbrahimov Türkiyədə çalışacaq.
AzNews.az Qol.az-a istinadən xəbər verir ki, o, “Adanaspor” klubunun idman direktoru vəzifəsinə təyin olunub.
Klubun rəsmi saytı bununla bağlı açıqlama yayıb.
Qeyd edək ki, Asim İbrahimov ölkəmizdə MOİK, “Qaradağ Lökbatan”, “İnter”, “Turan” və “Neftçi” klublarında çalışıb.
Xatırladaq ki, bu mövsüm Superliqanı tərk edən Adana təmsilçisi I liqada çıxış edəcək. “Qarabağ”ın sabiq hücumçusu Reynaldo Silva da da hazırda bu komandada çıxış edir.