Formula-1 Azərbaycan Qran-Pri yarışlarının başlanmasına sayılı günlərin qaldığı bir vaxtda Red Bull Racing komandasının pilotları Maks Ferstappen və Daniel Rikkardo Bakı trasının xüsusiyyətləri barədə danışıblar. Formula-1 Azərbaycan Qran-Pri yarışlarının başlanmasına sayılı günlərin qaldığı bir vaxtda Red Bull Racing komandasının pilotları Maks Ferstappen və Daniel Rikkardo Bakı trasının xüsusiyyətləri barədə danışıblar.

Red Bull Racing pilotları Formula-1 Azərbaycan Qran-Prisi haqqında: "Bakı trası başqa şəhərlərin yollarına bənzəmir"

Formula-1 Azərbaycan Qran-Pri yarışlarının başlanmasına sayılı günlərin qaldığı bir vaxtda Red Bull Racing komandasının pilotları Maks Ferstappen və Daniel Rikkardo Bakı trasının xüsusiyyətləri barədə danışıblar.

AzNews.az f1news.ru-ya istinadən xəbər verir ki, Ferstappenin sözlərinə görə, Bakı trası başqa şəhərlərin yollarına bənzəmir:

"Bakı trası kifayət qədər geniş olması ilə yanaşı, həm də ən dar döngələri ilə seçilir. İçərişəhərdə və qala ətrafından keçmək həm maraqlıdır, həm də çətindir. Tamaşaçılar bu mənzərədən həzz alır. Bu trasın ən bəyəndiyim hissəsidir.

Mən trasın lap yaxınlığında yerləşən yeni oteldə qalıram. Ötən il şəhəri gəzmək fürsətim olmamışdı. Bu dəfə gecələrin birində şəhəri gəzmək istəyirəm."

Ferstappenin komanda yoldaşı Daniel Rikkardo bu dəfə Bakı ilə daha yaxından tanış olmaq istədiyini bildirib:

"Şəhər yolları mənim xoşuma gəlir, amma bu yollar bizim maşınlara bir o qədər də uyğun deyil, çox şey baş verə bilər. Döngələr çox çətindir və yarışın digər təqvimlərinə bənzəmir. Lakin, düz yol uzun olduğuna görə, çətin döngələrin öhdəsindən gəlməyə, fikrimizi cəmləməyə xeyli vaxtımız olur"