“Qəbələ” Hollandiyanın “Utrext” klubu ilə qarşılaşacaq

Avstriyanın Zalsburq bölgəsində təlim-məşq toplanışında olan “Qəbələ” futbol klubu 2017/2018-ci il mövsümünün hazırlığını davam etdirir.

AzNews.az “AZƏRTAC”a istinadən xəbər verir ki, “qırmızı-qaralar” gündə iki dəfə məşq keçirlər.

Komandanın yeni transferi Deyv Bultuis də məşq prosesində iştirak edib. Bu gün baş tutan məşqə yalnız zədəli futbolçular Baqali Dabo və Tellur Mütəllimov qatılmayıblar. Ruslan Qurbanov və Dion Malone isə fərdi məşqlə kifayətləniblər.

“Qəbələ” bu gün təlim-məşq toplanışında sonuncu yoxlama oyununa çıxacaq. Bakı vaxtı ilə saat 18:00-da başlayacaq qarşılaşmada komandamız Hollandiyanın “Utrext” klubu ilə üz-üzə gələcək.

AzNews.az