Çox vacib oyuna hazırlaşırıq. Problemlərimiz var və bizim üçün asan olmayacaq. Çox vacib oyuna hazırlaşırıq. Problemlərimiz var və bizim üçün asan olmayacaq.

““Samtredia” klubu ilə oyun asan olmayacaq” - Qurban Qurbanov

Çox vacib oyuna hazırlaşırıq. Problemlərimiz var və bizim üçün asan olmayacaq.

AzNews.az “AZƏRTAC”a istinadən xəbər verir ki, bu sözləri futbol üzrə UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk matçında Gürcüstanın “Samtredia” klubunu qəbul edəcək Ağdamın “Qarabağ” komandasının baş məqşçisi Qurban Qurbanov deyib.

Baş məşqçi bildirib: “Oyuna hazırlaşmışıq. Çalışacağıq ki, dogma meydanda qələbə qazanaq. Düzdür, futbolçular tam hazır vəziyyətdə deyillər. Amma təlim-məşq toplanışından indiyədək komandada dəyişikliklər olub. Futbolçuların vəziyyətini eyni səviyyəyə gətirməyə çalışmışıq. Fikrimcə, Bakıda yaxşı hazırlıq keçmişik”.

AzNews.az