"Mercedes" pilotu Luis Hamilton Böyük Britaniya Qran prisində Billi Mongeri boksa dəvət edib. "Mercedes" pilotu Luis Hamilton Böyük Britaniya Qran prisində Billi Mongeri boksa dəvət edib.

Hamilton dəhşətli qəzada 2 ayağını itirən gənc pilotla görüşdü - Foto + Video

"Mercedes" pilotu Luis Hamilton Böyük Britaniya Qran prisində Billi Mongeri boksa dəvət edib.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Billi Monger "Formula 4"də çıxışı zamanı ağır qəzaya uğrayıb. Nəticədə 18 yaşında 2 ayağını da itirib. Buna baxmayaraq o, avtoidmanla məşğul olmağa davam edəcəyini bildirib.

"Bir çoxları məndən nədən, kimdən motivasiya aldığımı soruşur. Mən belə insanlardan ilham alıram. Hər bir insanın həyatında çox çətin dönəmlər olur. Lakin, onlar gülümsəməyə davam edirlər.

Mən Billiyə zəng etdim, onu ailə ilə birlikdə həftəsonu Silverstouna dəvət etdim. Billi ağır günlər keçirməyinə baxmayaraq, yaşamağa davam edir." ,- Hamilton belə deyib.

Fəridə Abdullayeva

AzNews.az