Macarıstan Qran Prisinin qalibi məlum oldu - Fotolar

"Ferrari" komandası dubla imza atdı.

AzNews.az xəbər verir ki, Sebastyan Fettel yarış boyu liderliyini qoruyub saxlamağı bacardı. İkinci isə komanda yoldaşı Kimi Raykkonen oldu. Günün sürücüsü də elə Kimi seçildi.

Üçüncü yerdə "Mercedes" pilotu Valtteri Bottas qərarlaşdı.

Yarışa ilk yerlərdə "Ferrari" pilotları başladı. Sebastyan Fettel və Kimi Rakkonenin ardınca "Mercedes" pilotları Valtteri Bottas və Luis Hamilton startda yer alıb.

"Williams" pilotu Felipe Massanın sağlamlığı ilə bağlı yaranan problemlərə görə onu Pol di Resta əvəzləyib.

Yarışın əvvəlində "Red Bull" pilotları insident yaşayıb. Ferstappen 2-ci döngədə tormozlanmada səhv edərək, Rikkardoyla toqquşdu. Avstraliyalı pilot yarışı xaxtından əvvəl dayandırmalı oldu.

Rikkardonun bolidindən axan yağ trasa töküldüyündən təklükəsizlik maşını trasa çıxdı. Ferstappenə isə 10 saniyəlik pit-stop cəzası verildi.

"Hass" pilotu Roman Qrojanın bolidində sol arxa təkər düzgün bərkidilmədiyinə görə 9-cu döngədə dayanmalı oldu.

Yarış zamanı Bottas Hamiltona onu keçməsinə icazə verdi. Lakin, Hamilton Kimi Rakkoneni ötə bilmədiyindən, yerini yenidən Bottasa qaytardı.

Yarış boyu "Ferrari" sürücüləri liderliyi qoruyub saxlamağı bacarıblar.

Fəridə Abdullayeva

AzNews.az

image description image description image description image description image description image description image description image description image description image description image description image description