Rusiya birinci divizionunda bu gün 5-ci turun oyunları keçirilib. Rusiya birinci divizionunda bu gün 5-ci turun oyunları keçirilib.

Samir 46 dəqiqə oynadı - Arustamyanla əvəzləndi

Rusiya birinci divizionunda bu gün 5-ci turun oyunları keçirilib.

AzNews.az Qol.az-a istinadən xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun klubu “Fakel” “Sibir”in qonağı olub və ağır məğlubiyyətə uğrayıb – 0:4.

S.Məsimov əsas heyətdə meydana çıxsa da, fasilədən dərhal sonra - 46-cı dəqiqədə əvəzlənib. Onun yerinə erməni futbolçu Arustamyan meydana daxil olub.

Qeyd edək ki, 5 turdan sonra “Fakel” 12-ci yeri tutur.