- Köhnə - İdman
- 3 Sentyabr 2017 12:50
- 10 577
Luis Hamiltondan rekord nəticə - Bu inanılmazdır!
"Mercedes" pilotu Luis Hamilton ötən gün yağışlı Monzada rekord nəticəyə imza atıb.
AzNews.az xəbər verir ki, britaniyalı sürücü İtaliyada 69-cu poulunu qazanaraq, əfsanəvi pilot Mixail Şumaxerin rekordunu təzələyib.
"Hər kəsə təşəkkür edirəm. 69-cu poul - bu mənim üçün inanılmaz idi. Monza əfsanəvi trasdır. İtaliya möhtəşəm ölkədi. Burada Ferrari fanatları çoxdur. Mənə dəstək olan Mercedes azarkeşlərinə isə təşəkkür edirəm. Şumaxer kimi əfsanəvi pilotu keçdiyim üçün xoşbəxtəm. Mən bu nəticəmi dadlı pasta ilə qeyd edəcəm." - Hamilton belə deyib.
Qeyd edək ki, ötən gün birinci sessiyada güclü yağış səbəbindən Roman Qrojan qəza törətdiyi üçün yarışa fasilə verildi. Sessiya qırmızı bayraqlarla dayandırılıb və sürücülər boksa qayıdıblar.
Yağış bir qədər zəiflədikdən və asfalt örtüyü bir qədər quruduqdan sonra ikinci sessiyaya start verilib. Hamilton 1:34.660 nəticə ilə hamını üstələməyi bacarıb.
Son sessiyada da yağış gücləndiyindən sürücülər göy təkərlərdən istifadə etməli olublar. Luis Hamilton sıralanma turunun qalibi olub. Bununla o, mövsümdə 8-ci, karyerasında isə 69-cu poulunu qazanıb.
Bu gün İtaliya Qran Prisində yarışa ilk yerlərdə "Mercedes" pilotu Luis Hamilton, "Williams" pilotu Lens Stroll və "Force İndia"dan Esteban Okon başlayacaq.
Yarış Bakı vaxtilə 16:00-da başlayacaq.

Fəridə Abdullayeva
AzNews.az