Formula 1 mövsümünün Avropada keçirilən son mərhələsində qalib "Mercedes" pilotu Luis Hamilton oldu. Formula 1 mövsümünün Avropada keçirilən son mərhələsində qalib "Mercedes" pilotu Luis Hamilton oldu.

İtaliya Qran Prisinin qalibi məlum oldu - "Mercedes"dən dubl (Fotolar)

Formula 1 mövsümünün Avropada keçirilən son mərhələsində qalib "Mercedes" pilotu Luis Hamilton oldu.

AzNews.az xəbər verir ki, əfsanəvi Monza trasında günəşli hava şəraitində keçən yarışda "Mercedes" komandası hamıdan sürətli olduqlarını sübut etdilər. Yarış boyu Luis Hamilton liderliyi əldən vermədi və 59-cu qələbəsini qazandı. Həmçinin, 238 xalla liderliyi ələ keçirdi.

Maraqlıdır ki, bu il 70 illik yubileyini qeyd edən "Ferrari" komandası İtaliyada podiumun yalnız üçüncü pilləsinə qalxmağı bacardı. Hazırda komandanın lideri Sebastyan Fettel ümumi xal sıralamasında 235 xalla ikincidi.

İtaliya Qran Prisində yarışa ilk yerlərdə "Mercedes" pilotu Luis Hamilton, "Williams" pilotu Lens Stroll və "Force İndia"dan Esteban Okon başlayıb.

Yarışın əvvəlində Maks Ferstappen Massa ilə toquşdu. Nəticədə ön təkəri sıradan çıxdı. Erkən boksa getməli olan Maks bununla sonuncu pilləyə yuvarlandı.

Texniki problemlər səbəbilə Palmer yarışı 31-ci dövrədə dayandırmalı oldu.

"Mclaren" komandası üçün bu yarış da uğursuz oldu. Stoffel Vandorn və Fernando Alonso yarışı bitirmədən boksa qayıtdı.

"Günün sürücüsü" yarışa güc qurğusunda edilən dəyişikliyə görə 17-ci yerdən başlayan, buna baxmayaraq 4-cü yerə qalxaraq, əla nəticə göstərən Daniel Rikkardo seçildi. Komanda yoldaşı Maks Ferstappen də yarışın əvvəlində xeyli yer itirməsinə baxmayaraq, sonda ilk onluğa düşərək xal qazana bildi.

Yarışı izləməyə gələn məşhurlar arasında "Taxt-tac oyunları" serialının məşhur simaları Kit Harrinqton və Liam Cunningham, həmçinin "Versace" moda evinin baş dizayneri Donatella Versace də olub.

Fəridə Abdullayeva

AzNews.az

image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description