Bu gün Premyer Liqada 2017-ci ilin son oyunu keçirilib. Bu gün Premyer Liqada 2017-ci ilin son oyunu keçirilib.

"Qarabağ"dan növbəti qələbə

Bu gün Premyer Liqada 2017-ci ilin son oyunu keçirilib.

AzNews.az xəbər verir ki, IV turda təxirə salınmış “Səbail”-“Qarabağ” qarşılaşması bu gün baş tutub.

Oyunda “Səbail” öz meydanında “Qarabağ”ı qəbul edib və 0:2 hesabı ilə uduzub.

Qış çempionluğunu ötən turdan təmin edən “Qarabağ” debütant üzərində qələbə qazanaraq, fasiləyə ən yaxın izləyicisi “Qəbələ”dən 6 xal öndə yollanıb.

Bu komandalar arasında ikinci dövrədə keçirilən görüş Qurban Qurbanovun komandasının 1:0 hesablı qələbəsi ilə tamamlanıb.

Qeyd edək ki, “Səbail” – “Qarabağ” oyunun yekunlaşması ilə Premyer Liqada uzunmüddətli – 2 ay 2 günlük fasilə yaranıb. Çempionatda oyunlar bir də 2018-ci ilin fevralın 10-da, 15-ci turun matçları ilə bərpa olunacaq.