- Köhnə - İdman
- 26 Dekabr 2017 18:42
- 6 529
“Neftçi”də yeni qapıçı
“Qəbələ”dən ayrılan Aqil Məmmədovun yein klubu bəlli olub.
AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, millimizin üzvü karyerasını "Neftçi"də davam etdirəcək. Məmmədov sabiq klubu 1,5 illik müqavilə imzalayacaq.
Aqil Məmmədov yayda AZAL-dan “Qəbələ”yə keçmişdi. Təcrübəli əlcək sahibi “qırmızı-qaralar”ın heyətində 1 oyun keçirib. O, kubok matçı çərçivəsində “Mil-Muğan”a qarşı oynamışdı.
Qeyd edək ki, Aqil Məmmədov “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədovun rəhbərliyi altında AZAL-da forma geyinib.