- Köhnə - İdman
- 29 Dekabr 2017 21:12
- 6 041
“Qarabağ”ın legioneri 10 ən yaxşı futbolçudan biri oldu
“Qarabağ”ın cənubi afrikalı hücumçusu Dino Ndlovu ölkəsində 2017-ci ilin ən yaxşı 10 futbolçusunun yer aldığı siyahıda qərarlaşıb.
AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, 27 yaşlı oyunçu “KickOff” nəşrinin açıqladığı siyahıda 6-cı olub.
Siyahıda ilk yeri Cənubi Afrikanın “Mamelodi Sandaunz” klubunun yarımmüdafiəçisi Persi Tau tutub.
Qeyd edək ki, Ndlovu Çempionlar Liqasının təsnifat mərhələsində 4, Premyer Liqada isə 5 qol vurub. Bundan başqa, ötən mövsüm “Qarabağ”ın heyətində çempionluq sevinci yaşayıb.