Kataloniyanın "Barselona" klubu "Liverpul"un (İngiltərə) yarımmüdafiəçisi Filippe Koutinyonu heyətinə əlavə etdiyini rəsmən açıqlayıb. Kataloniyanın "Barselona" klubu "Liverpul"un (İngiltərə) yarımmüdafiəçisi Filippe Koutinyonu heyətinə əlavə etdiyini rəsmən açıqlayıb.

Koutinyon 160 miyon avroya "Barselona"da

Kataloniyanın "Barselona" klubu "Liverpul"un (İngiltərə) yarımmüdafiəçisi Filippe Koutinyonu heyətinə əlavə etdiyini rəsmən açıqlayıb.

AzNews.az xəbər verir ki, bu barədə İspaniya komandasının rəsmi saytı məlumat yayıb.

Klubun mətbuat xidmətinin məlumatına görə, 25 yaşlı futbolçu ilə 5 il yarım müddətinə müqavilə imzalanıb və 400 milyon avroluq sərbəst qalma maddəsinin də qeyd olunduğu bildirilib.

"Liverpul" braziliyalının transferindən təqribən 160 milyon avro əldə edəcək. Bu rəqəmin Koutinyonu "Barselona"nın ən bahalı futbolçusu etdiyi bildirilir.