- Köhnə - İdman
- 24 Yanvar 2018 19:09
- 6 331
Azərbaycan - Kosovo oyunu ləğv olundu
Millimizin Kosovo ilə keçirəcəyi yoxlama oyunu ləğv olunub.
AzNews.az AFFA-ya istinadən xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb. UEFA Millətlər Liqası turnirinin bu gün İsveçrənin Lozanna şəhərində keçirilmiş püşkatmasının nəticəsinə əsasən, Azərbaycan və Kosovo milli komandalarının eyni qrupda mübarizə aparacağı müəyyənləşdiyi üçün fevralın 2-də Türkiyənin Antalya şəhərində bu komandalar arasında planlanlaşdırılan yoldaşlıq oyunu baş tutmayacaq.
Bununla əlaqədar hər iki futbol federasiyasının rəhbərliyi arasında püşkatmadan sonra görüş keçirilib və qarşılıqlı razılıq əldə olunub.