- Köhnə - İdman
- 24 Yanvar 2018 19:21
- 6 036
Rəqiblərimizə qarşı diqqətli olmalı, onları düzgün dəyərləndirməliyik - Qurbanov
Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov AFFA-nın saytına UEFA Millətlər Liqasının püşkünü dəyərləndirib.
AzNews.az Trend-ə istinadən xəbər verir ki, Q.Qurbanov deyib: “Xeyirli-uğurlu olsun. Hər bir komanda rəqibimiz ola bilərdi. Artıq püşk atılıb və rəqiblərimizi tanımağa, düzgün hazırlaşmağa, komandamızı formalaşdırmağa çalışmalıyıq. Qarşıda xeyli vaxtımız var. Oyunlara qədər daha güclü, mehriban komanda qurmağı bacaracağımıza inanıram. Püşkdən əvvəl komandalar arasında hansısa seçim etdiyimi deyə bilmərəm. Çünki heç vaxt belə məsələlər haqqında düşünməmişəm".
Azarkeşlərimizə milli komandanı dəstəklədiklərinə görə təşəkkür edirəm. İnanıram ki, millimizin uğur qazanması üçün yenə birləşəcəyik".