Azərbaycanda idmanda dopinq vasitələrinin istifadəsinə qarşı cəza sərtləşdiriləcək. Azərbaycanda idmanda dopinq vasitələrinin istifadəsinə qarşı cəza sərtləşdiriləcək.

Dopinqə qarşı cəza sərtləşdirilir

Azərbaycanda idmanda dopinq vasitələrinin istifadəsinə qarşı cəza sərtləşdiriləcək.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında komitə sədri Fuad Muradov deyib.

O bildirib ki, bununla bağlı “İdmanda dopinq vasitələrinin və ya metodlarının istifadəsinə qarşı mübarizə haqqında” qanuna əlavələr edilməlidir: “Ümumi təkliflər paketi var. Bura İnzibati və Cinayət məcəllərinə dəyişiklik də daxildir. Bu məsələ Gənclər və idman komitəsinin yaz sessiyasının qanunverici işlər planına daxil edilib".

AzNews.az