“Borusiya Dortmund” əzdi keçdi



Çempionlar Liqası son 16 komanda mücadiləsində Ukraynadakı oyunda 2-2 sona çatan qarşılaşmanın revanşında Şaxtyoru evində qəbul edən Borusiya Dortmund özünü mədəni ev sahibi kimi aparmayıb.
AzNews.az xəbər verir ki, 3-0 hesabı ilə qalib gələn alman təmsilçisi adının növbəti mərhələyə yazdırıb.

Oyunda hesabı 31-ci dəqiqədə Felipe Santana açıb. 37-ci dəqiqədə Mariyo Götze komandasının 2-ci topunu vurub. Yekun nəticəni isə Ykub Blazukovski təyin edib. 3-0
Beləliklə Borusiya Dortmund növbəti mərhələyə vəsiqə qazanıb.

Fərid
AzNews.az