İspaniyanın “Barselona” klubunun argentinalı hücumçusu Lionel Messi karyerasında 600-cü qolunu vurub. İspaniyanın “Barselona” klubunun argentinalı hücumçusu Lionel Messi karyerasında 600-cü qolunu vurub.

Messi üçün tarixi qol

İspaniyanın “Barselona” klubunun argentinalı hücumçusu Lionel Messi karyerasında 600-cü qolunu vurub.

AzNews.az APA-a istinadən xəbər verir ki, bu, İspaniya çempionatı çərçivəsində “Atletiko” (Madrid) ilə matçda baş verib.

Matçın 26-cı dəqiqəsində Lionel Messi cərimə zərbəsindən möhtəşəm qol vuraraq komandasını hesabda önə çıxarıb. Beləliklə, 30 yaşlı futbolçu karyerasında vurulan qolların sayını 600-ə çatdırıb. Karyerası ərzində 747-ci oyununa çıxan Messiş 539 dəfə “Barselona”nın, 61 dəfə isə Argentina yığmasının heyətində rəqiblərini məyus edib.