Martın 8-də futbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan və Ukrayna milli komandaları arasında növbəti yoldaşlıq oyunu keçirilib. Martın 8-də futbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan və Ukrayna milli komandaları arasında növbəti yoldaşlıq oyunu keçirilib.

Azərbaycan millisi Ukraynaya qalib gəldi

Martın 8-də futbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan və Ukrayna milli komandaları arasında növbəti yoldaşlıq oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, oyundan əvvəl AFFA rəhbərliyi adından 8 mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə hər iki komandanın üzvlərini təbrik edən baş katib Elxan Məmmədov onlara gül təqdim edib.

Bakı Olimpiya Stadionunda keçirilən matçda millimiz 2:0 hesabı ilə qalib gəlib.

Yığmamızın qollarını Sona Rəhimova və Birgul Çelik vurublar.

Qeyd edək ki, komandalar arasında martın 6-da keçirilmiş ilk oyunda millimiz 1:0 hesabı ilə qalib gəlmişdi.

AzNews.az