- Köhnə - İdman
- 28 Aprel 2018 12:20
- 5 154
Bakıda Formula 2 pilotlarının birinci yarışı başladı
![](https://www.aznews.az/storage/2018/04/28/654.jpg)
Bakıda FIA Formula 2 sinfində pilotların birinci yarışına start verilib.
Trend-in məlumatına görə, 10 komandanı təmsil edən 20 pilot Bakı Şəhər Halqasında bir saat ərzində 29 dövrə vuraraq ən sürətli avtoyürüşçünü müəyyənləşdirəcəklər.
Aprelin 29-da isə 21 dövrədən ibarət ikinci yarış təşkil olunacaq.
Qeyd edək ki, aprelin 27-də Bakıda 2018 Formula 1 dünya çempionatının 4-cü mərhələsi - Azərbaycan Qran Prisi başlayıb.
Bu gün, həmçinin Formula 1 pilotlarının üçüncü sərbəst yürüşü və təsnifat mərhələsi keçiriləcək.
Aprelin 29-da isə Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.