- Köhnə - İdman
- 29 Aprel 2018 11:46
- 7 608
Formula 1 Azərbaycan Qran Prisində önəmli gün - Fotolar
Bu gün Bakıda keçirilən Formula 1 yarışlarının sonuncu günüdü.
AzNews.az xəbər verir ki, Azərbaycan Qran Prisinin qalibi bu gün məlum olacaq.
Final mərhələsindən öncə Sauber, McLaren, Red Bull Racing, Force India komanlarının pilotları bulvarda əyləncə zonasında fanatları üçün imza çəkəcək, onlarla ünsiyyət olacaq.
Ardınca Formula 2-də ikinci yarışlara start veriləcək.
14:40 - 15:10 arası Bakıda Formula 1 final mərhələsinin açılışı və pilotların paradı keçiriləcək.
Azərbaycan Dövlət Himni səsləndirildikdən sonra saat 16:10-dan etibarən Formula 1 pilotları Bakı trasının ən sürətlisi olmaq uğrunda gərgin mübarizəyə çıxacaqlar.
Mükafatlandırma mərasimindən sonra isə tamaşaçılar Crystal Hall-a yollanacaq. Burda onları britaniyalı ifaçı Dua Lipadan maraqlı səhnə şousu gözləyəcək. Həmçinin DJ Tim, Martin Solveig, DJ Ruidoloco gecəyə damğasını vuracaq.