Bolqarıstanın qrup hərəkətləri yığması Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda 3 top və 2 iplə tapşırıqların yekununda qalib olublar. Bolqarıstanın qrup hərəkətləri yığması Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda 3 top və 2 iplə tapşırıqların yekununda qalib olublar.

Bolqar gimnastlar Bakıda birinci oldular

Bolqarıstanın qrup hərəkətləri yığması Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda 3 top və 2 iplə tapşırıqların yekununda qalib olublar.

Trend-in məlumatına görə, onların finaldakı nəticəsi 19,050 bal olub.

Yaponiya idmançıları 18,000 balla ikinci yeri tutublar. Ukrayna təmsilçiləri eyni nəticəni göstərsələr də, bürünc medalla kifayətləniblər.

Qeyd edək ki, 27-29 aprel tarixlərində Bakıda bədii gimnastika üzrə Dünya Kuboku turniri keçirilib. Azərbaycanın qrup hərəkətləri komandası halqa ilə tapşırıqlarda 3-cü olublar.

AzNews.az