Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda çıxış edən gimnastlar üçün azarkeşlərin dəstəyi çox vacibdir. Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda çıxış edən gimnastlar üçün azarkeşlərin dəstəyi çox vacibdir.

“Bakıda tamaşaçılar gimnastlara böyük dəstək verirlər”

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda çıxış edən gimnastlar üçün azarkeşlərin dəstəyi çox vacibdir.

Bunu Trend-ə gimnastika azarkeşi Ləman Pir deyib.

O, Milli Gimnastika Arenasında tamaşaçıların idmançıları fəal şəkildə dəstəklədiyini vurğulayıb:

"Ümid edirəm ki, gimnastlar zaldakıların onlara görə necə həyəcan keçirdiyini hiss edirlər".

Azarkeş qeyd edib ki, mütəmadi olaraq gimnastika yarışlarına gəldiyini, bu idman növünün pərəstişkarı olduğunu bildirib:

"Gimnastların çıxışına baxmaqdan zövq alıram. Buna görə də hər dəfə Milli Gimnastika Arenasında keçirilən yarışlara baxmağa gəlirəm".

L.Pir təşkilatçıların Dünya Kubokunun keçirilməsinə yanaşmasını da çox bəyənir: "Zal yarışlara tam hazır vəziyyətə gətirilib - böyük və işıqlıdır".

AzNews.az