"Uduzmaq istəmirdik. Rəqibin ustalıq səviyyəsi öz sözünü dedi". "Uduzmaq istəmirdik. Rəqibin ustalıq səviyyəsi öz sözünü dedi".

“Neftçi”nin 4 ehtiyat oyunçusunun məvacibi ümumi məvacibimizdən çoxdur”

"Uduzmaq istəmirdik. Rəqibin ustalıq səviyyəsi öz sözünü dedi".

"Report"un məlumatına görə, bunu "Səbail"in baş məşqçisi Samir Əliyev Topaz Premyer Liqasının XXVII turunda "Neftçi"yə 1:3 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransında deyib.

O, fikrini bu sözlərlə davam etdirib: "Futbolçularıma narazılığım yoxdur. Bacarıqlarını göstərdilər. İki komandanı müqayisə etdikdə, "Neftçi"nin ehtiyatda olan 4 oyunçusunun məvacibi bizim ümumi komandanın məvacibindən çoxdur".

S. Əliyev ilk hissənin sonlarında texniki zonadan qovulmasına da münasibət bildirib: "Hakimlər barədə danışmaq istəmirəm. Şəxsi fikrim belədir ki, bugünkü hakimlər briqadasının səviyyəsi budur. Əlbəttə, əsəblərimə hakim ola bilmədim. Haqlı olaraq da texniki zonadan qovuldum".

AzNews.az