- Köhnə - İdman
- 17 Mart 2013 07:58
- 1 880
Dortmund şou göstərdi
Almaniya Bundesliqasında 26-cı turun oyunları davam edir.
AzNews.az xəbər verir ki, son 2 ildə turnirin qalibi, lakin bu mövsüm ən yaxşı halda ikincilik ilə barışmalı olan Borussiya Dortmund Frayburqu qəbul edib. Oyun 5-1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
Dortmundun qollarını 44 və 72-ci dəqiqələrdə il yarımlıq fasilədən sonra yenidən klubuna dönən Nuri Şahin, 41 və 45-ci dəqiqələrdə Robert Levandovski və 78-ci dəqiqədə Bittnkurt vurub.
Lider Bayern Münxen isə səfərdə Bayer Leverkuzenin qonağı olub. Gərgin keçən oyun 1-2 hesabı ilə Münxen təmsilçisinin xeyrinə başa çatıb.
Günün digər oyunlarında isə aşağıdakı nəticələr qeydə alınıb:
Hamburqe 0-1 Ausburq
Hofenhaim 0-0 Mainz
Nurnberq 3-0 Şalke
Verder Bremen 2-2 Qreuzer Furz
Fərid
AzNews.az