Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında III turun oyununa çıxıb. Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında III turun oyununa çıxıb.

Voleybolçularımız növbəti oyuna çıxdılar

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında III turun oyununa çıxıb.

"Report"un n məlumatına görə, ilk iki matçda qalib gələn Azərbaycan millisi 3-cü cəhdində Bolqarıstanla üz-üzə gəlib.

Sofiyadakı Xristo Botev Sarayında təşkil olunmuş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1. Azərbaycan yığması ilk seti üstünlüklə başa vursa da, sonrakı setlərdə yenilib. Bununla da Faiq Qarayevin baş məşqçi olduğu komanda Qızıl Avropa Liqasında ilk məğlubiyyətlə üzləşib.

Bu nəticədən sonra xallarını 9-a çatdıran Bolqarıstan yığması A qrupunda liderliyə yüksəlib. 6 xalı olan Azərbaycan 2-cidir.

Qrupun digər görüşündə hələlik xalı olmayan Portuqaliya və Ukrayna yığmaları üz-üzə gələcək. Bu oyun mayın 27-nə təsadüf edəcək.

Qızıl Avropa Liqası

A qrupu, III tur

18:00. Bolqarıstan - Azərbaycan - 3:1 (17:25, 25:17, 25:14, 25:21)

Hakimlər: Aleksandros Milonakis (Yunanıstan), Çavdar Marev (Bolqarıstan)

Sofiya, Xristo Botev Sarayı.

Qeyd edək ki, ilk 2 turda Azərbaycan Ukrayna və Portuqaliyaya eyni hesabla qalib gəlib - 3:1.

AzNews.az