Azərbaycan millisinin voleybolçusu Polina Rəhimovanın karyerasını İtaliyada davam etdirəcək. Azərbaycan millisinin voleybolçusu Polina Rəhimovanın karyerasını İtaliyada davam etdirəcək.

Millimizin hücumçusu İtaliya klubuna keçdi

Azərbaycan millisinin voleybolçusu Polina Rəhimovanın karyerasını İtaliyada davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, 28 yaşlı hücumçu A seriyasında mübarizə aparan “Kazalmadjore” ilə danışıqları müsbət yekunlaşdırıb.

Rəhimova artıq 1 illik müqaviləyə imza atıb. O, bununla da Cənubi Koreya, Yaponiya və Türkiyədən sonra İtaliyada da legioner həyatı yaşayacaq. “Kazalmadjore” Polina ilə yanaşı, 2014/2015 mövsümündə Bakı “Lokomotiv”ində oynamış italiyalı Valentina Arriqettinin də transferini rəsmiləşdirib.

Qeyd edək ki, peşəkar karyerasına Bakıda “Nəqliyyatçı”da (2005-2007) başlayan Rəhimova “Azərreyl”in (2007-2014, komanda voleybolçunun oynadığı son mövsümdə “Azəryol” adlanıb) uğurları üçün də çalışıb. O, ardınca Cənubi Koreyada “Hyundai” (2014-2015), Yaponiyada “Toyota” (2015-2017) və Türkiyədə “Fənərbaxça”nın (2017-2018) formasını geyinib.

AzNews.az