- Köhnə - İdman
 - 17 İyun 2018 18:18
 - 8 736
 
Serbiya mundiala qələbə ilə başladı - Fotolar
            Rusiyada keçirilən dünya çempionatının 4-cü gününün ilk matçı başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, E qrupunda yer alan Serbiya və Kosta-Rika milliləri arasında keçirilən görüşün taleyini 1 qol həll edib.
56-cı dəqiqədə Aleksandr Kolarovun cərimə zərbəsindən vurduğu möhtəşəm qol Serbiyaya 3 xal qazandırıb.
Qeyd edək ki, qrupun digər matçı 22:00-da Braziliya və İsveçrə arasında baş tutacaq.
AzNews.az