Argentina Dünya Çempionatında azarkeşlərini yenidən məyus edib. Argentina Dünya Çempionatında azarkeşlərini yenidən məyus edib.

Xorvatiyadan Argentinaya dərs - Sensasiya

Argentina Dünya Çempionatında azarkeşlərini yenidən məyus edib.

AzNews.az xəbər verir ki, bu gün D qrupu çərçivəsində Argentina növbəti oyununa çıxıb.

Gərgin keçən görüşdə, Xorvatiya millisi 3-0 hesablı darmadağınla qalib gəliblər.

53-cü dəqiqədə Ante Rebiç, 80-ci dəqiqədə Luka Modriç və 90-cı dəqiqədə İvan Rakitiç Xorvatiya millisində fərqlənən oyunçular olublar.

Bu qələbə ilə xorvatlar Play-off-u artıq özləri üçün təmin edə biliblər.

Argentinanın isə işi bir qədər də çətinləşib.

Belə ki, növbəti oyunda qrup mərhələsini adlamaq üçün Nigeriyanı udmalı və İslandiya millisinin Xorvatiya ilə matça xal itirməsinə ümid etməli olacaqlar.