“Çelsi” futbol klubunun yarımmüdafiəçisi Sesk Fabreqas Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldo barədə fikirlərini bölüşüb. “Çelsi” futbol klubunun yarımmüdafiəçisi Sesk Fabreqas Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldo barədə fikirlərini bölüşüb.

“Ronaldonun vurduğu qollar...” - Fabreqas

“Çelsi” futbol klubunun yarımmüdafiəçisi Sesk Fabreqas Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldo barədə fikirlərini bölüşüb.

AZƏRTAC xəbər verir ki, S.Fabreqas dünya çempionatı günlərində Ronaldonun Portuqaliya yığmasının tərkibində tamamilə başqa rol oynadığını, onun əksər hallarda irəlidə qalmasını və bütün meydan boyunca hamıdan çox hərəkət etdiyini bildirib.

S.Fabreqas deyib: “Ronaldo Rusiyada keçirilən turnirin ən əsas ulduzlarındandır. O, 4 top vurmaqla yaxşı start götürdü. Demək olmaz ki, Portuqaliya qol vurmaq üçün əla kombinasiyalar yaratmışdı. Əlbəttə ki, Ronaldonun əziyyətini qiymətləndirməmək düzgün olmazdı, lakin onun vurduğu qollar səhvlərin, standart vəziyyətin və penaltinin nəticəsidir”.

AzNews.az