İslandiyalı futbolçu etiraz etdi: “Bundan məmnun deyiləm”

Rusiyada keçirilən dünya çempionatının qrup mərhələsinin ilk turunda İslandiya millisinin üzvü Rorik Qislasona Argentinaya qarşı keçirilən oyundan sonra böyük maraq yaranmışdı.

“Qafqazinfo” xəbər verir ki, 30 yaşlı hücumçunun “İnstagram” sosial şəbəkəsində izləyicilərinin sayı 40 mindən 950 minə qədər qalxıb. Xarizması ilə diqqət çəkən hücumçu bununla bağlı açıqlama verib: “Millinin düşərgəsində olduğum üçün dünya çempionatına köklənmişəm. Ağlımdan başqa nəsə keçmir. Fikrimi ancaq son tura cəmləmişəm. Ancaq insanların məni seks simvolu kimi görmələrindən məmnun deyiləm və mən seks simvolu deyiləm”.

İslandiyalı futbolçunu ən çox cənubi amerikalılar izləyir.

Qeyd edək ki, Qislason Almaniyanın II Bundesliqasında çıxış edən “Sandhauzen”in üzvüdür.

AzNews.az