Argentina milli komandasının sabiq futbolçusu və baş məşqçisi Dieqo Maradona ölkənin milli komandasına başçılıq etməyə hazırdır. Argentina milli komandasının sabiq futbolçusu və baş məşqçisi Dieqo Maradona ölkənin milli komandasına başçılıq etməyə hazırdır.

Maradona Argentina yığmasına pulsuz rəhbərlik etməyə hazırdır

Argentina milli komandasının sabiq futbolçusu və baş məşqçisi Dieqo Maradona ölkənin milli komandasına başçılıq etməyə hazırdır.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, əfsanəvi hücumçu yığmada pulsuz icra etmək istədiyini bildirib. O deyib: "Mən milli komandaya qayıtsam, bunu pulsuz edərəm. Qarşılığında heç bir şey istəməyəcəyəm. DÇ-2018-də çox güclü Braziliya yığması gördüm. Titenin işi xoşuma gəlir".

Qeyd edək ki, Dieqo Maradona 2008 - 2010-cu illərdə Argentina yığmasına rəhbərlik edib. O, 2010-cu il Cənubi Afrikadakı mundialdakı uğursuz çıxışa görə, milli komandadan ayırılıb. Argentina millisi DÇ-2018-in 1/8 final mərhələsində Fransaya 3:4 hesabı ilə məğlub olub.

AzNews.az